Menu

Azərbaycan UEFA reytinqində irəlilədi

11.07.2015, 12:55
Azərbaycan UEFA reytinqində irəlilədi

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Trend-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, I təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.

Azərbaycanın reytinqdəki mövqeyində irəliləyiş olub. Birinci təsnifat mərhələsinin cavab oyununda heç-heçə edən "İnter" və "Neftçi" hərəyə 0,125, "Qəbələ" isə qalib gəlməklə reytinqimizə 0,250 xal qazandırıb.

Bununla da, son 5 mövsümün nəticəsinə əsasən xalını 11,250-yə yüksəldən Azərbaycan reytinq siyahısında 1 pillə irəliləyərək 28-ci yerdə qərarlaşıb. Bu nəticə ilə Azərbaycan Serbiyanı 0,125 xal qabaqlamağı bacarıb.

Qeyd edək ki, siyahıya 84,070 xalla İspaniya başçılıq edir. Almaniya ikinci, İngiltərə isə üçüncü pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol