BMT atəşkəsin icrasının mexanizmi barədə müttəfiqlərlə koordinasia etməyib, husilərin ona riayət edəcəklərinə təzminat verməyib; müttəfiqlərin atəşkəsə aidiyyəti yoxdur.
SalamNews-un "Al Mayadeen"ə istinadla verdiyi xəbərə görə, bunu Yəmənə hücum edən müttəfiqlərin əməliyyat komandanlığının mətbuat katibi Əhməd Useyri bildirib.
O, husilərin atəşkəsə riayət etməsi və buna nəzarət üçün mexanizmin olmadığını bildirib.
Qeyd edək ki, Ə.Useyri bu iddianı ötən gecə atəşkəsin tətbiqinin başladığı andan az vaxt keçmiş Səudiyyə Ərəbistanı qırıcılarının Yəmənin Sana və Təiz əyalətlərini bombalaması xəbərinin fonunda qaldırıb.
Bildirək ki, bu gün gündüz saatlarında Yəmənin Həcca və Dale əyalətləri də hava zərbələrinə şahidlik edib.
Rəsmi ər-Riyad Ramazanın sonuna kimi BMT-nin nəzərdə tutduğu bu atəşkəsə riayət etməyə rəsmi öhdəlik verməyib.
Yəmən prezidenti Abdu-Rabbih Mansur Hadi və ölkənin digər cinahları isə öhdəliklərini elan ediblər.


Şərhlər