Rusiya KİV-nin yaydığı məlumata görə, Avrasiya inteqrasiya proseslərinə və Rusiya-Qazaxıstan çoxplanlı əməkdaşlığına verdiyi töhvələrə görə, Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevə «Aleksandr Nevski» ordeni təqdim edib. Xəbəri «RİA Novosti» agentliyi yayıb: «Siz bilirsiniz ki, nəinki mən, həm də bizim ölkəmiz Sizə hörmət və məhəbbətlə yanaşır. Sizin, məntiqi sonluğa gələn inteqrasiya prosesləri sahəsindəki təşəbbüskar xidmətlərinizin göstəricisi olaraq, qərar qəbul olunub ki, Sizi mükafatlandıraq».
Putin «Aleksandr Nevski» ordenini Qazaxıstanın dövlət başçısına təqdim edərkən deyib: «Bu, gerçəkdən də döyüş təltifidir və gerçəkdən, bədəli olduğuna dəyər».
“Aleksandr Nevski” ordeni ilə dövlət quruculuğu işlərində xüsusi şəxsi xidmətlər, çoxillik məsuliyyətli xidmətlər və xidməti vəzifələrin yerinə yetirilməsində yüksək nəticələr göstərmiş şəxslər təltif olunurlar. Bu ordenlə həm də görkəmli xarici siyasi və ictimai xadimlər təltif edilirlər. Belə kavalerlər arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Moskva və bütün Rusiyanın patriarxı Kirill də var. Kavalerlərin ümumi sayı 97 nəfərdir.
AzPolitika.info


Şərhlər