Rusiya KİV-nin yaydığı məlumata görə, Belarusun Smoleviç rayonunda «Bolşoy kamen» (Böyük daş) adlandırılacaq Belarus-Çin industrial parkının tikintisi ilə bağlı bu ərazidə 20 min çinlinin məskunlaşacağı planlaşdırılır (Rosbalt).
«Belorusskiy partizan» nəşrinin yazdığına görə, hazırda Çindən gələcək 6663 nəfər fəhlənin icazə sənədləri imzalanıb. Rusiya Daxili İşlər Nazirliyi vətəndaşlıq və mirqasiya departamenti başçısının bildirdiyinə görə, ümumilikdə, tikintidə işləmək üçün 20 mindən artıq fəhlə tələb olunmayacaq.
Artıq Çinin 15 şirkəti parkın rezidentidir. Onların arasında «Huawei» və«ZTE» də var. Gözlənilən investisiyaları da onlar yatıracaq.
AzPolitika.info


Şərhlər