Menu

Polis Nabranda reyd keçirdi

13.07.2015, 11:15
Polis Nabranda reyd keçirdi

100-dən çox sürücü cəzalandı.

Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib.

APA xəbər verir ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində olub.

Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 120-dən artıq sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 9-u avtomobili sərxoş vəziyyətdə, 5 nəfər sürücülük hüququ olmadan maşın idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.

Ə. Əsgərbəyli bildirib ki, bu reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol