Avro Bölgəsi liderlərinin 16 saat davam edən danışıqlarında, ağır şərtlər qarşılığında Afina ilə üçüncü xilasetmə paketi məsələsində razılıq əldə olunub.
Aİ Şurasının Sədri Donald Tusk, Yunanıstanın ciddi islahatlar və maliyyə dəstəyi ilə azad edilməsi üçün yekdilliklə razılığa gəlindiyini açıqlayıb.
Belçikanın Baş naziri Çarlz Mişel tək sözdən ibarət bir tweet ataraq "Razılaşma" ifadəsini işlədib.
Avropa Parlamentindən Muscat, "Razılıq əldə olunub" - deyib.
Avro "Yunanıstan razılşaması" ilə itkiləri silir. Hazırda 1 avro 1.1158 dollar bərabərdir. /"Marja"


Şərhlər