Menu

Jirinovskidən Poroşenkoya əcaib təklif

13.07.2015, 15:45
Jirinovskidən Poroşenkoya əcaib təklif

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ukrayna Prezidenti Pyotr Poroşenkodan Rusiyanın Lipetski vilayətində yerləşən “Roshen” zavodunu istəyib.Axar.az xəbər verir ki, bu barədə təklifini Jirinovski öz Tvitter səhifəsində yerləşdirib.

Jirinovski bunun qarşılığında Ukraynanın Kostopol şəhərində özünə aid olan fabrikdən imtina edəcəyini bildirib: “Poroşenkoya mübadilə təklif edirəm. O mənə Lipetskidəki zavodu verir, mən isə Kostopoldakı fabrikə qarşı iddialarımı geri çəkirəm”.

Qeyd edək ki, Jirinovski bundan öncə Ukraynanın Kostopol şəhərindəki fabrikinin onun əcdadlarına aid olduğunu bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol