Menu

"Fənərbaxça" ulduzlara doymur - FOTO, VİDEO

13.07.2015, 15:57
"Fənərbaxça" ulduzlara doymur - FOTO, VİDEO

Türkiyənin "Fənərbaxça" klubuna transfer olunan hollandiyalı futbolçu Robin Van Persi iyulun 12-si axşam saatlarında İstanbula gedib. ANS PRESS-in məlumatına görə, ulduz futbolçu İstanbul Sabiha Gökçen hava limanındamöhtəşəm şəkildə qarşılanıb.

Azarkeşlər qarşısına çıxar-çıxmaz gördüklərindən heyrətlənən Robin jurnalistlərin suallarını cavablandırarkən heyrətini gizlətməyib:

- Həqiqətən çox təsirləndim. "Fənərbaxça"nın futbolçusu olduğum üçün xoşbəxtəm. Azarkeşləri sevindirmək üçün əlimdən gələni edəcəm. Türkiyədə bütün klublara hörmətim var.

Professional kariyerasına 2001-ci ildə Hollandiyanın "Feyennord" klubunda başlayan Van Persi, üç mövsüm burada çıxış etdikdən sonra İngiltərənin "Arsenal" klubuna transfer olunub. "Topçular"ın heyətində 194 matçda 96 qola imza atan hollandiyalı ulduz, 2012-ci ildə daha bir ingilis nəhəngi "Mançester Yunayted"ə keçir. "Qırmızı şeytanların" heyətində isə 86 qarşılaşmada 48 dəfə rəqib qapılarına yol tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol