Menu

Nazpəri İlhaməyə 25 min manat pul ödədi

14.07.2015, 19:59
Nazpəri İlhaməyə 25 min manat pul ödədi

Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevaya olan 25 min manat təzminat borcunu tam ödəyib. Bunu aznews.az-a müğənni İlhamə Quliyevanın vəkili Pərviz Hacılı deyib. Vəkilin sözlərinə görə, N.Dostəliyeva, təzminat pulunu ödəməklə yanaşı İlhamə Quliyevadan üzr də istəməlidir.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmənin qərarı son qoyub.

Qərara əsasən N.Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəməli və ondan üzr istəməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol