Yəmənin hökumət qüvvələri Husi üsyançılarla döyüşdə Ədən şəhərindəki beynəlxalq hava limanını ələ keçiriblər.ANS PRESS-in məlumatına görə, mühacirətdə olan hökumət strateji cəhətdən vacib olan bu liman şəhəri ətrafında döyüşlərin davam etdiyini və bu gündən şəhərə beynəlxalq humanitar yardımın dayandırıldığını bildirib.
Mühacirətdə olan prezident Yəmən prezidenti qaçdı" target="_blank">Mansur Hadiyə sadiq qüvvələrin həmçinin Ədənin mərkəzi Hormaskar rayonunu ələ keçirdikləri bildirilir.
Husi üsyançılar dənizə tərəf sıxışdırılıb. Hökumət qüvvələrinin nümayəndəsi Əli əl Əhmədi əməliyyatın Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya rəhbərliyi ilə razılaşdırıldığını bildirib.
Mühacirətdə olan prezident Mansur Hadi
Koalisiya qüvvələri bu ilin martından İranın dəstəklədiyi Huti birləşmələrinin mövqelərini havadan bombalayır. Şiələrdən ibarət bu qrup ötən ilin sentyabrından paytaxt Sanaa və bir sıra bölgələri ələ keçiriblər.
Üsyançılar



Şərhlər