Menu

Avrozonada sənaye istehsalı azalıb

15.07.2015, 14:11
Avrozonada sənaye istehsalı azalıb

Xarici KİV-in yaydığı məlumata görə, 2015-ci ilin may ayında avrozonada sənaye istehsalının həcmi aprel ayına nisbətən 0,4 faiz azalıb. Bu rəqəm Avrostatistika idarəsinin materiallarında əksini tapıb (Rosbalt).

Eyni zamanda, ilə hesablamaqla Avrozonada sənaye istehsalının həcmi may ayında 1,6 faiz artıb.

Avropa İttifaqının (Aİ) 28 ölkəsində sənaye istehsalının həcmi ötən ilin aprel ayına nisbətən hesabat dövründə 0,3 faiz azalıb, amma ilə hesablamaqla, 2,0 faiz artıb.

Barəsində statistik məlumatlar olan Aİ dövlətləri arasında may ayında sənaye imstehsalı həcminin ən çox azalması (aya hesablamaqla) İrlandiyada (6,9 faiz), Niderlandda (5,7 faiz) və Yunanıstanda (5,1 faiz) qeydə alınıb. Ən çox artım isə Xorvatiyada (2,6 faiz), Litvada (1,7 faiz) və Portuqaliyada (1,0 faiz) müşahidə olunub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol