Menu

Yunanıstanda "qiyamçı məmurlar" istefaya göndərildi

17.07.2015, 23:59
Yunanıstanda "qiyamçı məmurlar" istefaya göndərildi

Yunanıstanın baş naziri kreditorla razılaşmaya qarşı kəskin çıxan məmurları istefaya göndərib. Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb.

Energetika naziri Panaytis Lafazanisi hazırkı əmək və sosial müdafiə naziri Panos Skurletis əvəz edəcək.

Nadya Valavaninin əvəzinə maliyyə nazirinin müavini vəzifəsinə Trifon Aleksiadis təyin edilib. Maliyyə naziri Evklid Tsakalotos vəzifəsini qoruyub. Çünki, o, bu vəzifəyə iyulun 6-da Yanis Varufakisin əvəzinə təyin edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol