Menu

Ruslar da «Boeing qəzası» üzrə tribunal tələb edir - Petisiyanı 26 min rusiyalı imzalayıb

18.07.2015, 12:00
Ruslar da «Boeing qəzası» üzrə tribunal tələb edir - Petisiyanı 26 min rusiyalı imzalayıb

Rusiya KİV-nin yaydığı məlumata görə, Boeing qəzası üzrə beynəlxalq tribunalın yaradılmasını tələb edən «Rusiya petisiyası»nı artıq 26 min insan imzalayıb. Bu rəqəm, petisiyanın yerləşdiyi «Charge. Org» saytında yer alıb (Rosbalit).

Müraciət Rusiya hökumətinə ünvanlanıb. Petisiyanın müəllifi qeyd edib ki, beynəlxalq tribunal bu məsələdə «bütün suallara aydınlıq gətirə bilər».

Bundan əvvəl xəbər verilmişdi ki, iyulun 14-də Malayziya təyyarənin məhv olmasına görə günahkarların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın yaradılması barədə bəyannamə layihəsini Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasına (TŞ) təqdim edib. Təşəbbüsü Niderland irəli sürüb.

Rusiya tərəfin fikrincə tribunalın yaradılması barədə məsələnin qoyuluşu hələ tezdir. Eyni fikri ölkənin prezidenti Vladimir Putin də səsləndirib. Bundan əvvəl isə həmin fikri Rusiya Xarici işlər nazirliyi (XİN) irəli sürüb. Rusiya xarici siyasət idarəsi Malayziya «Boeing»-nin məhv olması üzrə tribunalın yaradılmasını «qeyri-adekvat mexanizm» adlandırıb.

Ukrayna prezidenti P.Poroşenkonun sözlərinə görə, «Kim bu prosesi (tribunalın yaradılması prosesini - red.) dayandırmaq istəyirsə, məhz o, faktiki olaraq məsuliyyəti (baş verənlənlərə görə -red.) öz üzərinə götürmüş olur».

Xatırladaq ki, Malayzianın Boeing-777 təyyarəsi bir il bundan əvvəl - 17 iyul 2014-cü ildə Donbas səmasında məhv olub. Aviafəlakət nəticəsində 298 nəfər həlak olub. Təyyarədə bir neçə dövlətin vətəndaşları, əksəriyyəti isə Niderland vətəndaşları olub. Təyyarə Amsterdam-Kuala-Lumpur reysini yerinə yetirirdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol