Rusiyalı istehlakçılar iqtisadiyyatda əlverişsiz situasiyanın təsiri və qiymət artımı nəticəsində daha ucuz siqaret çəkməyə keçiblər. Musavat.com-unn Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, ölkədə orta və yuxarı keyfiyyəti tütün məhsullarının dövriyyəsi azalıb, aşağı keyfiyyətlilərin isə artıb.
Federal Vergi Xidmətinin məlumatına görə, qiymətlərin qalxması və alıcılıq qabiliyyətinin azalması nəticəsində 2014-cü ildə Rusiyanın tütün bazarı 10,4% (315 milyard siqaret) azalıb. Bu ilin 6 ayı ərzində isə bazar daha 6,5% faiz (138,6 milyard siqaret) düşüb.
Həmin 6 ayda siqaret istehsalı 4,7% azalıb, papiros istehsalı isə 20,4% artıb.


Şərhlər