Menu

«Enerji qənaətçisi»ni tanıyırsınızmı? - Onun reklamına «səssiz-səmirsiz» qadağa qoyulub!

20.07.2015, 13:38
«Enerji qənaətçisi»ni tanıyırsınızmı? - Onun reklamına «səssiz-səmirsiz» qadağa qoyulub!

«Electricity Saving Box» enerji qənaətçisi deyilən bir cihaz varmış. Mənbələrin məlumatına görə, insanların qənaətçiliyə kütləvi aludə olduğu Amerika Birləşmiş Ştatlarında (ABŞ) və Avropada çox populyardır.

Cihaz mənzillərdə, evlərdə «rozetka»ya qoşulur və elektrik axınının strukturunun normallaşdırılması, dinamik udulması və şəbəkədə reaktiv gücün dəyişidirilərək yeni hala gətirilməsi, həmçinin şəbəkədə sıçrayışların aradan qaldırılması və müqavimətə görə itkilərin azaldılması hesabına məişətdə elektrik enerjisinə 63,7 faiz qənaət etməyə imkan yaradır.

Qonşu Rusiyada o, 2014-cü ilin əvvəlində meydana çıxarılıb və sahə üzrə məlumatlı insanlar (elektriklər, elektrotexniklər və mənzil kommunal təsərrüfatı işçiləri) arasında geniş populyarlıq qazana bilib.

Amma təəssüf ki, geniş əhali kütləsinə onun barəsində demək olar, heç nə məlum deyil. Nədən ki, onun reklamına məlum dairələr tərəfindən qeyri-rəsmi qadağa qoyulduğu bildirilir. Məhz bu səbəbdən dolayı, Azərbaycan istehlakçısının da qurğu barədə məlumatı yox səviyyəsindədir.

Məlumatlarda deyildiyi kimi, enerjinin əhəmiyyətli qənaətinə imkan yaradan və deməli, geniş istehlakçı kütləsinin enerji xərclərinin xeyli aşağı salınmasına imkan verən bu cihaz barədə cəmiyyətimizdə mütəxəssis məsləhətinə ehtiyac var.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol