Menu

Sərxoş rus hərbçisi Gümrüdə aranı qarışdırdı

20.07.2015, 14:28
Sərxoş rus hərbçisi Gümrüdə aranı qarışdırdı

Ötən gecə Rusiya hərbçisi Ermənistanda avtomobil qəzası törədib.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, 27 yaşlı rusiyalı hərbçi Aleksandr Qelentyevin sərxoş halda idarə etdiyi “Mercedes” markalı avtomobil Gümrü şəhərində 3 avtomobillə toqquşub.

Hadisədən dərhal sonra Gümrü xəstəxanasına yerləşdirilən A. Qelentev ambulator müalicədən sonra xəstəxanadan buraxılıb. Hadisə zamanı başqa xəsarət alan olmayıb.

Gümrü prokuroru Raffi Xaçatryan hadisə ilə hərbi polisin məşğul olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol