Menu

Donald Tusk qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib

20.07.2015, 15:15
Donald Tusk qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Ermənistanda səfərdədir.

APA-nın “armtoday.info”ya istinadən verdiyi xəbərə görə, D. Tusk uydurma “erməni soyqırımı” abidəsini ziyarət edib. Qonağı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan müşayiət edib. Sonra D. Tusk “Soyqırımı muzeyi-institutu”nda olub.

Qeyd edək ki, Aİ Şurasının prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Ermənistanda 1 günlük səfərdədir. O, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan ilə görüşəcək. S. Sarkisyanla görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. D. Tuskun müxalifət partiyaları ilə görüşü də nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol