Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dənizdə batmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər. Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində Kür çayında (“Əli Bayramlı” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.
Əməliyyat saat 15:45-də başa çatıb.


Şərhlər