Menu

İŞİD kimyəvi silahdan istifadə edir

20.07.2015, 18:34
İŞİD kimyəvi silahdan istifadə edir

İŞİD terror təşkilatının üzvləri Suriya və İraqda kimyəvi silah tətbiq edirlər.

SalamNews-un “vesti.ru”ya istinadla verdiyi xəbərə görə, məlumatı Böyük Britaniyanın iki müstəqil təşkilatı təsdiqləyib.

Təşkilatlar öz mütəxəssislərini kimyəvi silahdan istifadə edilməsi ehtimal olunan üç halı araşdırmaq üçün yollayıb.

Bundan əvvəl Avstraliya Xarici İşlər Nazirliyi İŞİD terrorçularının xlorindən istifadə etdiklərini, bundan başqa, şəxsi kimyəvi arsenala malik olmaq üçün yüksək ixtisaslı texnikləri cəlb etdiklərini bildirib.

Məlumata əsasən, qadağan edilmiş maddələrdən xalq özünümüdafiə dəstələrindən olan kürdlərə, o cümlədən dinc sakinlərə qarşı istifadə ediblər. Suriyanın şimal-şərqində iki hal qeydə alınıb, üçüncü halda isə 120 millimetrlik topdan atılan mərmi kürdlərin “Mosul” bəndi yaxınlığındakı mövqelərinə düşüb, lakin partlamayıb.

Bundan başqa, Böyük Britaniyanın baş naziri Devid Kemeron hökumətinin İŞİD-ə qarşı mübarizə üçün daha çox səy göstərmək niyyətində olduğunu bildirib.

O, İraq və Suriyada nəzərəçarpacaq böyüklükdə əraziləri ələ keçirmiş Terror təşkilatını məhv etməkdə ABŞ-a yardım etməyə söz verib. Bunun üçün Britaniya Parlamenti Krallıq Hərbi-Hava Qüvvələrinin Suriyada terrorçuların mövqelərinə zərbələr endirməyinə rəsmi icazə verməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol