Menu

Yapon alimlərin maraqlı tədqiqatı - Plastik zibilin suya təsiri

20.07.2015, 20:25
Yapon alimlərin maraqlı tədqiqatı - Plastik zibilin suya təsiri

Xarici KİV-in yaydığı xəbərə görə, Yaponiyanın ətraf mühitin qorunması nazirliyi plastik zibilin Antraktida sularına təsirini öynənmək üçün tədqiqa tişləri planlaşdırır (TASS).

«NHK» telekanalının məlumatına görə, tədqiqat işləri ölkənin 4 ali təhsil müəssisəsinin, o cümlədən, Kyusyu universiteti və Tokio okeanşünasılıq universiteti mütəxəssislərinin iştirakı ilə aparılacaq.

Cari ilin noyabr ayına nəzərdə tutulmuş ekspedisiyanın gedişində, alimlər Antraktida zonası sularından nümunələr götürəcək, həmçinin müxtəlif ölçülərdə plastik zibil nümunələri toplayacaqlar. Tədqiqatın daha bir məqsədi də plastik kütlə qırıqlarının Yerin Cənub qütbünə məhz necə üzüb gəldiyini araşdırmaqdan ibarət olacaq.

Yapon mütəxəssislər ehtimal edirlər ki, okeanın ekoloji sisteminə məhz mikroskopik plastik kütlə hissəcikləri neqativ təsir göstərir. Məsələ bundadır ki, burada yaşayan balıqlar əksər hallarda xırda zibil hissəciklərini görmürlər və onları udurlar. Bu da balıqların məhv olmasına gətirib çıxarır.

Bu ilin aprelində Yaponiyada digər oxşar bir tədqiqatın nəticələri dərc olunub. O zaman yapon alimlər sübut edə biliblər ki, əvvəllər ehtimal olunduğu kimi, plastik hissəciklər sahil xətti boyunca cəmləşmədən, okean boyu asanlıqla yayılır. Okeanşünasların fikrincə, bunu belə izah etmək olar ki, sahil sularında daha böyük plastik parçalar toplanır. Su, belə zibili okeana qovub apararkən, dalğalar onları daha xırda fraqmentlərə parçalayır. Bundan başqa bu material ultrabənövşəyi şüaların təsirinə məruz qalır. Nəticədə, açıq okeana əsasən, mikroskopik hissəciklər düşür. Əksər hallarda suda görünməz olan belə hissəcikləri«ovlamaq» da çətin olur.

Bu yaxınlarda Amerika alimləri müəyyən ediblər ki, hər il Dünya okeanına 8,0 milyon ton plastik zibil tökülür. Bu da unikal dəniz flora və faunasının məhvinə, o cümlədən, sahillərin çirklənməsinə gətirib çıxarır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol