Menu

İxtisas seçimi başa çatır

21.07.2015, 12:40
İxtisas seçimi başa çatır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 illik bazadan ixtisas seçimi edən abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, ümumi ( 9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Həmin vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

İndiyədək Azərbaycan bölməsi üzrə 13103, rus bölməsi üzrə 512, ümumilikdə 13615 abituriyent ixtisas seçimi edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol