Menu

Davudoğlu Şanlıurfada

21.07.2015, 15:21
Davudoğlu Şanlıurfada

Baş nazir terror hücumu nəticəsində yarlananlara baş çəkib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün terror aktı hadisəsi baş verən Şanlıurfaya gedib. Anspress-in məlumatına görə, Davudoğlu Suruçdakı partlayışda yaralananları xəstəxanada ziyarət edib.

Daha sonra baş nazir Şanlıurfa Valiliyinə gedərək açıqlamalar verib.

Nazir iyulun 20-də baş verən terror aktı nəticəsində ölkə olaraq böyük bir acı yaşadıqlarını deyib. "Bu ana olan məlumata görə, 32 vətəndaşımızı itirmişik. 29 nəfər xəstəxanadadır. "Bütün xəstəxana rəsmilərinə, səhiyyə nazirliyinə təlimat verilib. Bir xəstəmizin vəziyyəti ağırdır, reanimasiyadadır. Onun vəziyyəti ağır olduğu üçü helikopterlə təcili nəqli lazım olacaq".

Davudoğlu bildirib ki, az öncə çox detallı məlumat alıb. "Bu böyük bir acıdır və bütün Türkiyəni birləşdirən həssaslıqla yanaşmalıyıq".

O, hələ 2007-ci ildə Ulusda, 2008-ci ildə Diyarbakırda, həmin il Güngörəndə çox saylı insan tələfatı ilə nəticələnən hücumları unutmamışıq.

Qeyd edək ki, Suruçdakı terroru 18 yaşlı İŞİD-çı qızın törətdiyi ehtimal edilir.

İlkin məlumata görə, özünü gənclərin arasında partladıb. Hadisə Kobaniyə getməyə hazırlaşan gənclərin mətbuat konfransı zamanı törədilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol