Menu

Yaponiya Rusiyaya qarşı - HESABAT

21.07.2015, 16:15
Yaponiya Rusiyaya qarşı - HESABAT

Xarici KİV-in yaydığı xəbərə görə, çərşənbə axşamı Yaponiya hökumətinin təsdiq etdiyi müdafiə üzrə illik hesabatda qeyd olunur ki, Rusiyanın Ukraynaya yönəlik siyasəti Asiya ölkələrinin təhlükəsizlik üzrə maraqlarına toxunur (İnterfaks.ru).

Hesabat təsdiqləyir ki, bir ölkənin digərinə silahlı hücumu kimi dəqiq identifikasiyası çətinlik törədən necə deyərlər, «hibrid müharibə»yə uymuş Rusiya, mövcud status-kvonu güc və məcburetmə yolu ilə dəyişməyə çalışır.

«Rusiyanın bu cəhdləri qlobal təhlükəsizlik problemi kimi dəyərləndirilir və bütün dünya ictimaiyyətinin, o cümlədən, Asiya ölkələrinin maraqlarına toxuna bilər» - deyə, açıqlanan sənəddə qeyd olunur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol