Menu

İlk dəfə süni göz köçürməsi əməliyyatı baş tutub! - Böyük Britaniyada

22.07.2015, 16:02
İlk dəfə süni göz köçürməsi əməliyyatı baş tutub! - Böyük Britaniyada

Xarici KİV-in yaydığı məlumata görə, Böyük Britaniyanın Mançester kraliça universiteti Göz cərrahlığı klinikasında ilk dəfə olaraq görmə qabiliyyəti pozulmuş pasiyentə bionik göz protezi köçürülməsi əməliyyatı həyata keçirilib. Xəbəri «BBC» yayıb (Rosbalt).

Texnologiyanın göməyi ilə qocalığa görə «korluq» əziyyətindən xilas edilən ilk pasiyent 80 yaşlı britaniyalı Rey Flinn olub. Onun üzərində göz protezinin implantasiyası əməliyyatı 4 saat davam edib. Hazırda Flinn həkimlərin nəzarəti altındadır və pasiyentin görmə qabiliyyətinin sürətlə bərpa olunduğu qeyd edilir.

Bioloji implantant vizual informasiyanı xüsusi eynəyə yerləşdirilmiş miniatür kamera vasitəsilə alır. Protez qəbul edilən «təsvir»i elektromaqnit impulslara konvertasiya edir. İmpulslar isə naqilsiz kanal vasitəsilə «tor»a bərkidilmiş elektrodlara ötürülür.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol