Menu

Türk Hava Yolları AZAL-ı üstələyir

22.07.2015, 19:33

THY_Plain_140910“Heydər Əliyev hava limanı il ərzində 3 milyon sərnişinə xidmət göstərir. Sərnişindaşımanın təxminən 60%-i AZAL-ın payına düşür”.

“APA-Economics” xəbər verir ki, bunu AZAL aviaşirkətinin direktoru Eldar Hacıyev bildirib.

E. Hacıyev ilboyu Türkiyəyə daşınan sərnişinlərin sayında Türk Hava Yollarının (THY) AZAL-ı qabaqladığını deyib. “Türkiyəyə sərnişin daşınmasında AZAL Türk Hava Yollarına uduzur. Bu göstəricini dəyişmək üçün müvafiq tədbirlər görürük”, - deyə E.Hacıyev bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol