Menu

ABŞ-ın müdafiə naziri Səudiyyə Ərəbistanında

22.07.2015, 22:54
ABŞ-ın müdafiə naziri Səudiyyə Ərəbistanında

ABŞ-ın müdafiə naziri Eşton Karter İsraildən sonra Səudiyyə Ərəbistanına səfər edib.

SalamNews-un "Al Jazeera"ya istinadla verdiyi xəbərə görə, amerikalı nazir səfər çərçivəsində İran-"Altılıq" nüvə razılaşması barədə Səudiyyə Ərəbistanı rəsmiləri ilə danışıqlar aparacaq və qarşı tərəfi razılaşmanın zərərli olmadığına inandırmağa çalışacaq.

E.Karterin Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizlə də görüşəcəyi bildirilir.

Bildirək ki, ABŞ müdafiə naziri bundan əvvəl İsraildə olarkən nüvə razılaşması ilə bağlı bu ölkə rəsmilərinə bəzi rahatlaşdırıcı faktları açıqlayıb.

Qeyd edək ki, rəsmi Təll-Əviv İranla "Altılıq" arasında əldə edilmiş nüvə razılaşmasını "tarixi səhv" adlandırıb.

Ər-Riyad hökuməti isə bu razılaşmanın bölgəyə mənfi təsir göstərəcəyini bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol