Menu

"Seltik" - "Qarabağ" oyununun vaxtı məlum oldu

23.07.2015, 14:37

Qarabaq222Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik" - "Qarabağ" görüşünün dəqiq vaxtı müəyyənləşdirilib.

Qlazqo şəhərində keçiriləcək oyun iyulun 29-u Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, “Qarabağ” iyulun 22-də səfərdə Monteneqronun “Rudar” klubunu 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçib.

Bakıda keçirilən ilk görüşdə isə hesab açılmamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol