Menu

İran Kerrini kimlərlə üz-üzə qoydu?

24.07.2015, 00:29
İran Kerrini kimlərlə üz-üzə qoydu?

ABŞ dövlət katibi Con Kerri ölkənin senatı qarşısında çıxış edərək, Vyanada Tehranın nüvə proqramına dair əldə olunan razılaşmanı problemin sülh yolu ilə həllinin yeganə vasitəsi adlandırıb. ANS PRESS-in məlumatına görə Kerri “biz qarşımıza məqsəd qoyduk ki, İranı nüvə silahından məhrum edək və buna nail olduq” deyə açıqlama verib.

Yaxın bir neçə həftə ərzində dövlət katibini ABŞ konqresində Tehranla əldə olunan razılaşmanın müzakirə olunacağı çətin yığıncaqlar gözləyir. Belə ki bir çox respublikaçı-konqresmen İranla sazişdə çox saylı güzəştlərin olmasından narazıdır.

İran və “Altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) arasında danışıqlar 2006-cı ildən başlayıb. Aparıcı dünya ölkələri İranı gizli şəkildə nüvə silahı yaratmaqda şübhəli bilsələrdə, Tehran bu ittihamları rədd edirdi.

Beynəlxalq vasitəçilərlə razılaşma imzalayan İran ölkə üzərindən sanksiyaların götürülməsi müqabilində nüvə proqramını məhdudlaşdırmağa razılıq verib.

ABŞ konqresinin bu razılaşmanı təstiqləməsi üçün sentyabırın 17-ə gədər vaxtı var. Konqresin

respublikaçı nümayəndələri artıq sazişin əleyhinə səs verəcəklərini bəyan ediblər. Demokrat partiyanın bir sıra təmsilçiləri isə necə səs verəcəklərinə hələlik gərar verməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol