Menu

Türk desantlar kəndi İŞİD-dən xilas etdi

24.07.2015, 09:22
Türk desantlar kəndi İŞİD-dən xilas etdi

Əməliyyata TSK-nın qərargahından peyk vasitəsilə nəzarət olunub.

Suriyadan açılan atəşdən sonra Türkiyə Silahlı Qüvvələrinin (TSK) 60 xüsusi təyinatlı desantdan ibarət 2 taboru İŞİD-in nəzarətində olan Suriyanın Ayyaşə kəndinə girib. Anspress-in məlumatına görə, sərhəddən 9 km içəriyə girən desantlar kəndə nəzarəti ələ keçiriblər. “Yeni Şəfəq” qəzetinin məlumatına görə, TSK desantları Suriyanın kəndinə girərkən radiostansiyaları bağlamayıblar. Bu isə o deməkdir ki, əsgərlər orda uzun müddət qalmayacaqlar. Əməliyyata isə TSK-nın qərargahından peyk vasitəsilə nəzarət olunub. Eyni zamanda qaubitsalarla da İŞİD mövqeləri atəşə tutulub. TSK-nın isə Ayyaşə kəndində istehkam qurmağı planlaşdırdığı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol