Menu

Avro bahalaşmaqda davam edir

24.07.2015, 09:29
Avro bahalaşmaqda davam edir

Bu gün iyulun 23-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə azalıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 24-ü olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,0095% azalaraq 1,0494 manat təşkil edib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0028 manat və ya 0,24% artaraq 1,1515 manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol