Menu

Noyabr ayı Türkiyədə seçki olacaq

24.07.2015, 10:54
Noyabr ayı Türkiyədə seçki olacaq

Türkiyədə koalisiya müzakirələri artıq teatrdan ibarətdir.

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri və Antalya millət vəkili Deniz Baykal koalisiya müzakirələrini tənqid edərək tezliklə parlament seçkisi olacağını deyib. Anspress-in məlumastına görə, Baykal partiyasının Antalya şəhəri Korkuteli rayon təşkilatını ziyarət edib. Burda gündəmə dair məsələləri müzakirə edən Dəniz Baykal prezident Rəcəb Tayyib Ərdoğanla seçkidən sonra baş tutmuş görüşü barədə danışıb.

“Prezidentimizə artıq geri çəkilməyiniz lazımdır dedim. Millət səhv etdi deməyin, nə lazımdırsa onu edin dedim. Bizim bu görüşdən sonra prezident mətbuata açıqlama verdi və mənim dediklərimi dedi. Eqolarımızdan xilas olmalıyıq dedi. Bu çox ciddi bir özünütənqiddir”.

Baykal həmçinin AKP-nin hökumət qurmaq istəmədiyini deyib.

“MHP onsuzda mövqeyini açıqlayıb. Yəni koalisiya müzakirələri artıq teatrdan ibarətdir. Noyabrda seçki var.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol