Menu

Yaponiya Medvedyevin Kurilə səfərini qəbuledilməz sayır

24.07.2015, 13:34
Yaponiya Medvedyevin Kurilə səfərini qəbuledilməz sayır

Rusiya KİV-nin yaydığı xəbərə görə, Yaponiyada hesab edilər ki, Rusiya Federasiyasının baş naziri Dmitri Medvedyevin Kuril adalarına mümkün səfəri qəbuledilməzdir. Xəbər verildiyi kimi, cümə axşamı Medvedyev hökumətin iclası zamanı Kuril adalarına səfər edəcəyini deyib (İnterfaks.ru).

«Bu yeniliklər barədə bizim məlumatımız var və bizim siyasətimiz ondan ibarətdir ki, əgər baş nazir Medvedyev şimal ərazilərə səfər etsə bu, şimal ərazilər üzrə Yaponiya hökumətinin siyasətinə zidd olardı. Bundan başqa, belə səfər yapon xalqının qəlbini yaralayardı. Bizim üçün bu, qəbuledilməzdir» - deyə, Yaponiyanın Moskvadakı səfirliyinin müşaviri Kazuesi Onisi cümə axşamı «İnterfaks»a danışıb.

Onisi Rusiya hökumətinin Kuril adalarında mülki və müdafiə təyinatlı infrastrukturun inkişafı istiqamətində Rusiyanın federal məqsədli proqramı çərçivəsindəki niyyətlərini şərh etməkdən çəkinib: «Bu barədə mən, indi heç nəyi şərh edə bilmərəm...».

Bundan əvvəl, cümə axşamı baş nazir Dmitri Medvedyev Kuril adalarına səfər planlaşdırdığını xəbər verib. O, qeyd edib ki, Kuril adaları mühüm əhəmiyyətli müdafiə funksiyalarını yerinə yetirəcək. Odur ki, adalarda həm mülki, həm də hərbi məqsədli hazırlıq-quruculuq prosesi fəal şəkildə inkişaf etdiriləcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol