İnterfaks agentliyinin məlumatına görə, Ukraynanın “Udar” partiyasının liderı Vitaliy Kliçko Kiyevin “Müstəqillik” Meydanında yığılan mitinqçilər qarşısında çıxışında bildirib ki, müxalifət ölkədə növbədənkənar prezident seşkisi elan edir.
Kliçko deyib ki, seçkilərin ədalətli keçməsi üçün Mərkəzi Seçki Komitəsinin tərkibi mütləq yenilənməlidir. O, öz çıxışında həmçınin hərbçilərə müraciət edib və onları etirazçıların tərəfinə keçməyə səsləyib. Ukrayna mətbuatının məlumatına əsasən, aksiyada 100 min nəfərdən çox insan iştirak edir.
Qeyd edək ki, Ukraynanın UNİAN informasiya agentliyinin yaydığı məlumata görə, bu gün etirazçılar ilə milis arasında qarşıdurma olub. Bu hadisə Ukrayna parlamenti olan Verxovniy Radaya gedən Qruşevskiy küçəsində qurulan milis kardonuna mitinqçılər tərəfindən müxtəlif növ yandırıcı maddələrin tullanılmasından sonra baş verib. Belə ki, mitinqçılərin bu hərəkətinə qarşı milislər göz yaşardıcı qaz və dəyənəklərin işə salınması ilə cavab veriblər.
Müxalifət liderlərindən olan Vitaliy Kliçko etirazçıları qəti şəkildə belə hərəkətlərə yol verməməyə çağırıb. O bildirib ki, sizin etdiyiniz bu cür hərəkətlər bizim ümumi işimizə böyük təhlükədir.
Son vəziyyət: Qarşıdurma ərazısındə polis avtobuslarından biri yandırılıb. Hər 2 tərəf bir-birinə gözyaşardıcı qaz qumbaraları atır. Ərazi bu tüstü dumanına bürünüb. Gərginlik davam edir.


Şərhlər