Menu

Türkiyədə oteldə partlayış - FOTO

24.07.2015, 16:07
Türkiyədə oteldə partlayış - FOTO

Hələlik hadisənin terror aktı-olub olmadığı açıqlanmayıb.

Türkiyədə daha bir partlayış. Anspress-in məlumatına görə, Surucdan sonra bu dəfə partlayış hadisəsi Elazığ şəhərindəki otellərdən birində qeydə alınıb.

Şəhərin mərkəzindəki otelin 6-cı mərtəbəsində baş verən hadisə nəticəsində 3 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb ediliblər.

Hadisənin terror aktı olub-olmadığı bəlli deyil. Hələlik partlayışın səbəbi bilinmir. Amma hadisə yerindən çox sayda qaz çaxmağı tapıldığı açıqlanıb.

Xatırladaq ki, hazırda Türkiyədə ictimai asayişlə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, iyul ayının 20-də Şanlıurfada terror aktı baş verib. Kobaniyə getməyə hazırlaşan gənclərin arasında kamikadze özünü partladıb. Nəticədə 32 nəfər ölüb, 100-ə yxın adam isə yaralanıb. Hadisəni İŞİD terror qruplaşması tərəfdarının törətdiyi ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol