Rusiya KİV-nin yaydığı məlumata görə, Moskva ilə Minsk Belarusa 760,0 milyon dollar kredit ayrılması barədə saziş imzalayıb. Vəsaitin yaxın günlərdə köçürüləcəyi gözlənilir. Xəbəri Belarusun Maliyyə nazirliyi yayıb (Rosbalt).
«İyulun 24-də Moskvada Belarusun Maliyyə nazirliyi ilə Rusiyanın Maliyyə nazirliyi Belarus hökumətinə dövlət krediti verilməsi barədə hökumətlərarası saziş imzalayıb. Saziş əsasında Belarus hökumətinə rublla 760,0 milyon dollar həcmində, 10 il müddətinə və 4 illik güzəştlə, maliyyə vəsaitinin ayrılması nəzardə tutulur» - deyə, Maliyyə nazirliyi dəqiqləşdirib.
«BEL TA»-nın məlumatına görə, nazirlikdə qeyd ediblər ki, kreditin respublika büdcəsinə daxil olacağı yaxın günlərin işidir.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Federasiyası və Avrasiya stabilləşdirmə və inkişaf Fondu tərəfindən Belarusa verilmiş kreditlərin qaytarılması və borca qulluq məqsədilə 2015-ci ildə Rusiya tərəfi bu ölkəyə 760,0 milyon dollar vəsait verəcək.
AzPolitika.info


Şərhlər