Menu

İran SWIFT sisteminə qoşulmaq istəyir

25.07.2015, 01:02
İran SWIFT sisteminə qoşulmaq istəyir

İran ona qarşı sanksiyaların ləğvindən sonra yenidən beynəlxalq ödəniş sisteminə (SWIFT) qoşulmaq istəyir. ANS PRESS-in məlumatına görə, bu haqda İranın sənaye naziri Mohammad Reza Nematzadeh Vyanada keçirilən biznes konfransında bildirib. Xarici banklar sanksiyalardan sonra İran bankları ilə əlaqəni bərpa edə bilərlər.

İran İslam Respublikası SWIFTsistemindən 2012-ci ilin əvvəlində Avropa Şurasının ölkəyə tətbiq etdiyi sanksiyalar çərçivəsində ayrılmışdı. Nəticədə 30 iran bankı dünya banklar sistemində fəaliyyəti dayandırılıb.

İyulun 14-də Vyanada İranla 6 dünya ölkəsi arasında əldə edilmiş nüvə sazişində Tehranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Nematzadeh həmçinin qeyd edib ki, xarici şirkətlər sanksiyaların ləğvindən sonra İran dövlət şirkətlərinin özəlləşdirilməsində də iştirak edə biləcəklər.

Amma o “İran Milli Neft Şirkəti”nin satılmayacağını və vacib sənaye sahələrində hökumətin 20 faizədək payı olacağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol