Menu

İraqda iki partlayış - 12 nəfər ölüb, 45 nəfər xəsarət alıb

25.07.2015, 22:28
İraqda iki partlayış - 12 nəfər ölüb, 45 nəfər xəsarət alıb

İyulun 25-də İraqın Tuz-Hurmatu şəhərində, üzgüçülük hovuzunda bir-birinin ardınca iki partlayış baş verib.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 12 nəfər ölüb, 45 nəfər xəsarət alıb.

Partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. Məlumata əsasən, ölən və yaralananların əksəriyyəti iraq türkmənləridir.

Hələlik hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol