Menu

Gümrü bazasından Gürcüstana qarşı istifadə edilə bilər

25.07.2015, 22:42
Gümrü bazasından Gürcüstana qarşı istifadə edilə bilər

Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazasından Gürcüstana qarşı istifadə edilə bilər.

Musavat.com xarici informasiya mənbəyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Sosial Elmlər Mərkəzinin eksperti Kristina Marqvelaşvili erməni portalına müsahibəsində bildirib.

Onun fikrincə, Gümrü bazası gürcü toplumunda neqativ ovqat doğurur. “Bizdə belə bir hissiyat var ki, Rusiya hərbi bazası Gürcüstan üçün təhlükədir. Məsələn, Abxaziyada və ya başqa yerlərdə mümkün konfliktlər zamanı ondan əleyhimizə istifadə oluna bilər” – qeyd edib Marqvelaşvili.

Bununla belə, ekspert məsələni şişitrməyin, Rusiyadan alınan istənilən silahın Gürcüstan əleyhinə yönəldiləcyi fikrinin də tərəfdarı olmadığını söyləyib. “Ancaq təkrar edirəm: Ermınistandakı Rusiya hərbi mövcudluğundan Gürcüstan əleyhinə istifadə oluna bilər”, - deyə o fikrini tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol