Menu

«İslam dövləti»nə qarşı Türkiyə-ABŞ birliyi

26.07.2015, 11:01
«İslam dövləti»nə qarşı Türkiyə-ABŞ birliyi

Xarici KİV-in yaydığı xəbərə görə, Türkiyə və ABŞ «İslam dövləti»nə (İD) qarşı birgə hərbi plan barədə razılığa gəlib. Planın məqsədi «İD» terrorçu təşkilat silahlılarının Türkiyə ilə həmsərhəd Suriya ərazilərindən sıxışdırılıb çıxarılmasından ibarətdir (Rosbalt).

«Hürriyət»in yaydığı xəbərə görə, planın həyata keçirilməsində ABŞ hərbi-hava qüvvələri fəal iştirak edəcək. Bu məqsədlə, Türkiyənin «İncirlik» hərbi-hava bazası onların sərəncamına verilib.

Bundan başqa, ABŞ israr edir ki, silahlıların qovulub çıxarılacağı ərazilər məsələn, «təhlükəsizlik zonası» yox, «İD-dən azad zona» adlandırılsın. Güman olunduğuna görə, bu, o məqsədlə edilir ki, Rusiya və İran kimi dövlətlər birgə planın məqsədinin Suriya rejimini devirmək yox, istisnasız olaraq, «İD» ilə mübarizəyə yönəlmiş olduğunu görsünlər.

Xatırladaq ki, cümə günü Türkiyə hərbi-hava qüvvələri (HHQ) ilk dəfə olaraq, Suriya ərazisindəki terrorçu qruplaşmalara hava zərbələri endirib. Bu zaman hava zərbələri endirən qırıcı təyyarələr Türkiyənin özünün hava məkanında uçublar. Ölkə KİV-i xəbər verirlər ki, zərbələr nəticəsində 35 terrorçu öldürülüb və əməliyyat zamanı «ağıllı» bombalardan istifadə olunub.

Cümə günündən şənbəyə keçən gecə «İD»-nin Suriyadakı mövqelərinin bombardmanı davam etdirilib. İraqın şimalındakı üsyançı-kommunistlərin (PKK silahlıları) silah ambarları da hava zərbələrinə məruz qoyulub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol