Menu

İrandan Türkiyəyə xəbərdarlıq - «Dövlətlərin suverenliyinə hörmət edin» 

26.07.2015, 13:14
İrandan Türkiyəyə xəbərdarlıq - «Dövlətlərin suverenliyinə hörmət edin» 

Xarici KİV-in yaydığı xəbərə görə, İran hakimiyyəti «İslam dövləti» (İD) radikal qruplaşması ilə mübarizənin gedişində Türkiyəni digər dövlətlərin suverenliyinə hörmət etməyə çağırır (Rosbalt).

«Terrorçuluqla istənilən mübarizə beynəlxalq qaydalara və dövlətlərin suverenliyinə hörmət etməklə həyata keçirilməlidir» - deyə, «France Presse» İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Marizə Əfxamdan sitat gətirir.

İranlı diplomatın sözlərinə görə, «milli hökumətlərin zəifləməsinə gətirib çıxaran ixtiyari hərəkətlər nəticədə, terrorçu qruplaşmaları öz kriminal fəaliyyətlərini həyata keçirməyə ruhlandırır."

Xatırladaq ki, cümə günü Türkiyə hərbi-hava qüvvələri (HHQ) Suriya ərazisindəki terrorçu qruplaşmaların mövqelərinə hava zərbələri endirib. Terrorçuların 4 obyekti HHQ-nin hədəfi olub. Bu zaman zərbə endirən Türkiyə təyyarələri Türkiyənin özünün hava məkanında uçublar. Əməliyyat zamanı «ağıllı» bombalardan istifadə olunub.

Redaksiyadan: Göründüyü kimi, İran «mollalığından qalmır». Onun diplomatları da danışmaq xatirinə danışırlar. Bəs, Türkiyəni təhdid edən terrorçu qruplaşmalara qarşı bu dövlət necə davranmalıdır? Bəlkə, PKK-ya və «İD»-nə bir minnətçi göndərilməli imiş?! Suverenliyinin qayğısına qalan ölkə öz ərazilərini terrorçuların sərəncamına verməz ki, onlar da qonşu dövləti təhdid altına alsınlar. Görünən odur ki, İran sadəcə, Suriya hakimiyyətini müdafiə etmək pərdəsi altında, əslində «İslam dövləti» adlandırılan başıpozuq kriminal qruplaşmanı dəstəkləyir. Çünki onun adı İranın adına «oxşar»dır - «İslam dövləti». Bəlkə, gələcəkdə molla hökuməti «İslam dövləti» ilə birləşib, yeni bir «hibrid İslam nəsnəsi» yaratmaq fikrindədir?!

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol