Menu

"Türkiyənin İŞİD ilə qonşu olmaq niyyəti yoxdur" - Əhməd Davudoğlu

27.07.2015, 10:58
"Türkiyənin İŞİD ilə qonşu olmaq niyyəti yoxdur" - Əhməd Davudoğlu

“Türkiyə İŞİD ilə qonşu olmaq istəmir”.Trend-in “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

O bildirib ki, Türkiyənin məqsədi Suriyada İŞİD döyüşçülərindən azad edilmiş zonada bu ölkənin mötədil müxalifət qüvvələrini yerləşdirməkdir.

Baş nazir qeyd edib ki, İŞİD ilə bağlı Türkiyə və ABŞ-ın fikir ayrılığı olsa da, tərəflər arasında bununla bağlı bəzi razılaşdırılmış məsələlər var.

Ə.Davudoğlu bildirib ki, Türkiyə hazırda Suriya ərazisində İŞİD döyüşçülərinə qarşı quru əməliyyatların keçirilməsini nəzərdən keçirmir

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol