Menu

Hollivud kədər içində!

28.07.2015, 00:35
Hollivud kədər içində!

Xarici KİV-in yaydığı xəbərə görə, məşhur müğənni və aktrisa Uitni Hyustonun yeganə qızı 22 yaşlı Bobbi Kristina Braun vəfat edib. Onun ölüm xəbərindən dolayı Hollivud ulduzlarının kədər içərisində olduğu bildirilir (Rosbalt).

Bobbi Kristina Braun həm müğənni, həm də realiti-şou qəhəmanı kimi məşhur olub. Son bir neçə ayda onun medikomentoz komada olduğu bildirilir.

Bundan əvvəl xəbər verilmişdi ki, Brauna beyinin dönməz zədəsi diaqnozu qoyulub. İyunun axırında onu «hospis»ə (sağalmaz xəstəliyin son mərhələsində olan xəstələrə qulluq göstərilən məkan, ev və s.) köçürüblər.

Hollivudlu müğənni Missi Elliott Bobbinin ölüm xəbəri ilə bağlı özünün Twitter səhifəsində yazıb: «Gerçəkdən, ürəyimdə bir ağırlıq var. Ananla birlikdə, rahat uyu!»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol