Menu

İsrail Suriyaya hava hücumu edib: Ölənlər var

29.07.2015, 20:22
İsrail Suriyaya hava hücumu edib: Ölənlər var

İsrailin döyüş təyyarələrinin Suriyanın Kuneytra şəhərinə hava hücumları təşkil etdiyi bildirilir.

Hücumda üç nəfərin həyatını itirdiyi açıqlanıb.

Musavat.com Suriya xəbər qaynaqlarına istinadən məlumat verir ki, İsrail ordusundan hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

Bəzi xəbər qaynaqlarının məlumatına görə isə hava hücumları nəticəsində ən azı beş nəfər həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol