Menu

Türkiyə İŞİD-ə qarşı divar hörür - FOTO

30.07.2015, 11:54
Türkiyə İŞİD-ə qarşı divar hörür - FOTO

Qalınlığı 1 metr olan divarın qumbaraatan zərbəsinə belə davamlı olacaq.

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinin Hatay vilayətinin Yayladağ bölgəsinə düşən hissəsində xəndək qazır və divar hörür.

Anspress-in məlumatına görə, hündürlüyü 2,5 metr və qalınlığı 1 metr olan divar qumbaraatan zərbəsinə belə davamlı olacaq. Yayladağ bölgəsinin Güveççi, Görentaş, Uluyol və Aşağı Pulluyazı məhəllərində xəndək və divarın tikintisinə may ayında başlanılıb. Son günlərdə terror hücumlarının artmasına görə işlər sürətləndirilib.

Qalınlığı 1 metr olan divar qumbaraatan zərbəsinə davamlı olacaq

İndiyə kimi 2,5 kilometr uzunluğunda akkordeon tipli divar hörülüb. Divarın üzərinə tikanlı məftil çəkilib. Divarın düz arxasında isə 7 kilometr uzunluğu və 4 metr dərinliyi olan xəndək qazılıb. Türkiyə Silahlı Qüvvələri bundan əlavə Suriya sərhədinə təhlükəsizlik kameraları yerləşdirəcək.

Sərhəddə dərinliyi 4 metr olan xəndək

Müəyyən nöqtələrdə qüllələrə yerləşdirilmiş kameralar 24 saat qeydiyyat aparacaq. Kameralar gecələr də görmə qabiliyyətində olacaq. Bununla yanaşı, sərhəddə xidmət edən əsgərlər zirehli avtomobillərlə nəzarət aparacaqlar.

İlkin müşahidələr xəndək və divarın qaçaqmalçılara böyük zərbə vurduğunu ortaya çıxarır. Divarın olmadığı bir nöqtədən Türkiyəyə keçməyə çalışan bir qrup qaçaqmalçının yanlarındakı heyvanlardan ikisi xəndəyə düşdükdən sonra onlar geri Suriyaya qaçıblar.

Uzunluğu 7 km olan xəndək qaçaqmalçılara böyük zərbə vurub

Suriyada terror qüvvələrinin yerləşdiyi ərazi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol