Menu

Bakıda evdən içi pulla dolu seyf oğurlanıb – 110 min

31.07.2015, 13:50
Bakıda evdən içi pulla dolu seyf oğurlanıb – 110 min

Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da Bakı şəhər sakini Şəhla Əhmədovanın yaşadığı evdən içərisində 40000 manat və 20000 ABŞ dolları, habelə 50000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlamış şəxsin Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Tural Əzizov olması müəyyən edilib. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol