İraqın kürd regional lideri Məsud Bərzani, Almaniyanın “Fokus” jurnalına verdiyi müsahibədə PKK və sülh prosesi əlaqədar diqqətçəkici şərhlər verib.
M.Bərzani, Münxendə yayımlanan “Fokus” jurnalına verdiyi müsahibədə Türkiyə ilə sülh prosesinin pozulmasında PKK-nın da günahının olduğunu ifadə edərək, "Türklərlə kürdlər arasındakı sülh prosesinin təhdid altında olması yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyil, PKK-nın içindəki sülh istəməyən “qırğılar”la da əlaqəlidir" deyib.
PKK-nın öz gücünü şişirtdiyini ifadə edən M.Bərzani ABŞ ilə Türkiyə arasında əldə olunan razılaşmanın bölgədə çox böyük təsirinin olacağını da vurğulayıb.
M.Bərzani digər tərəfdən, qarşıdurmaların regiona yayılaraq, Şimali İraqı da öz içinə ala biləcəyindən narahatlığını dilə gətirib. /musavat.com


Şərhlər