Menu

PKK Türkiyədə terror aktları törədib - 3 ölü, 28 yaralı

02.08.2015, 12:35
PKK Türkiyədə terror aktları törədib - 3 ölü, 28 yaralı

Jandarma binasına 2 ton bomba ilə yüklənmiş traktorla intihar hücumu edilib

PKK terror təşkilatı Türkiyədə daha bir terror aktı həyata keçirib.

APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ağrı vilayətinin Doğubəyazit rayonuna aid Qarabulaq Jandarma binasına 2 ton bomba ilə yüklənmiş traktorla intihar hücumu edilib.

Nəticədə 2 təhlükəsizlik əməkdaşı şəhid olub, 24-ü yaralanıb.

Valiliyin açıqlamasında bildirilir ki, PKK-nın xain hücumu yerli vaxtla saat 3.00-da baş verib.

Yaralılar Doğubəyazit Dövlət Xəstəxanasına yerləşdirilib.

Avqustun 2-nə keçən gecə Mardində isə 1 əsgər şəhid olub, 4-ü yaralanıb.

Bir qrup PKK terrorçusu tərəfindən Gəlinkaya bölgəsindən keçən neft borusuna hücum olub. Əraziyə göndərilən təhlükəsizlik qüvvələrinin hərəkəti zamanı mina partlayışı baş verib. Nəticədə bir əsgər şəhid olub.

Ərazidəki PPK-çıların ələ keçirilməsi üçün keçirilən əməliyyat zamanı isə terrorçularla atışmada 4 əsgər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol