Menu

Altı otaqlı ev yandı

02.08.2015, 12:37

[caption id="attachment_26688" align="alignleft" width="300"]arxiv foto arxiv foto[/caption]

Qusar rayonunun Əcəxur kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 160 kv.m sahədə və yaxınlıqda olan 6 ton ot bağlamasının 2,5 tonu yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol