Menu

Dənizdə 1 nəfər batıb, 3 nəfər xilas edilib

03.08.2015, 19:39

suda bogulan usaq_420x250Xəzər dənizində bir nəfər batıb, 3 nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazidə) 1992-ci il təvəllüdlü Rəhimli Kamran İlham oğlu batıb.

K. Rəhimlinin cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həmçinin Xəzər rayonunda dənizdə 1 nəfər, Sabunçu rayonunda isə dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol