Menu

Ban Gi Mun Barak Obama ilə görüşür

04.08.2015, 17:58
Ban Gi Mun Barak Obama ilə görüşür

BMT-nin baş katibi Ban Gi Mun bu gün Ağ Evdə ABŞ dövlət başçısı ilə görüş keçirir.

Barak Obama ilə müzakirələrin diqqət mərkəzində iqlim dəyişikliyi, hərbi münaqişələr, Suriya və Livanda humanitar böhranlar kimi bir sıra məsələlər yer alır.

Liderlərin görüşü onların hər ikisinin də iki sosial təşəbbüs irəli sürdükləri vaxt baş tutur.

Prezident Obama 2030-cu ilədək ABŞ zavodlarının karbon tullantılarının azaldılması planı ilə çıxış edib.

Ban Gi Mun isə BMT-yə üzv 193 ölkə ilə yoxsulluğa son qoyulması, gender bərabərliyinin təmin edilməsi və 2030-cu ilədək iqlim dəyişikliyi ilə mübarizəyə dair razılıq əldə edilməsinə çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol